"Rusiya Federasiyası yaşayır, fəaliyyət göstərir və öz gələcəyi üçün mübarizə aparır".
Rusiya mediasının yaydığı məlumata görə bunu Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib.
Rusiya dövlət başçısı onu da qeyd edib ki, bu gün ölkəsi öz tarixinin çox çətin, mühüm və inkişaflı mərhələsini yaşayır.
Putin həmin çıxışı zamanı dövlət müdafiə sifarişlərinin və milli layihələrin icrası zamanı büdcə vəsaitlərinin oğurlanmasının qarşısının alınmasının vacibliyini bəyan edib.
Tural