İran “Müaviyyə”yə qadağa qoydu

İran “Müaviyyə”yə qadağa qoydu
05 Mar 2025 19:30

İranın Medianın Tənzimlənməsi Təşkilatı Səudiyyə Ərəbistanının istehsalı olan və Ərəb xəlifəsi Müaviyyənin həyatından bəhs edən "Müaviyyə" adlı serialın yayımına qadağa qoyub.


News365.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.


Bildirilib ki, serial Bəni Uməyyə sülaləsi və onun banisi Müaviyyəni yeni formada qələmə vermək və onlara bəraət qazandırmağa cəhd edir.


Səudiyyənin MBC şəbəkəsinin istehsalı olan “Müaviyə” serialı Məhəmməd peyğəmbərin vəfatından sonra Əməvilərin hakimiyyətə gəlməsinə qədər baş verən hadisələrdən bəhs edir.


Sünni və şiə tarixi mənbələrindən istifadə edilən bu serialda Əli ibn Əbu Talib, Həsən ibn Əli, Hüseyn ibn Əli kimi şəxsiyyətlərin üzləri təsvir olunub, bu isə şiə məzhəbində qəbuledilməz, haram sayılır.


Tarixi mənbələrə əsasən hazırlanan “Müaviyə” serialında Osmanın, Əli ibn Əbi Talibin öldürülməsi, İmam Həsənin hakimiyyəti, Müaviyə və Yezidin hakimiyyətə gəlməsi və Kərbəla hadisələri işıqlandırılır.


Sizin reklam burada
Sizin reklam burada