Teleaparıcı Zamirə Dadaşova sərt danışdı.
News365.az xəbər verir ki, bununla bağlı teleaparıcı sosial mediada paylaşım edib. O Azərqazdan şikayətçidir.
"Özümə söz vermişdim əsəblərimi qoruyam. Amma bu dövlət məmurları ilə mümkün deyil. Dövlət başcısı cənab İlham Əliyev sizi bu fəzifəyə təyin etməyib ki, onu dəstəkləyən və sevən xalqı əzib tapdalayasız. Bəsdir bu insanların cibinə girib arvadınıza, sevgililərinizə lyüks həyat yaşatdız! Bu millətin , bu xalqın əziyyətlə qazandığı pullarla siz varsız! Cənab Preziden! Cox xahiş edirəm bu özbaşnalığa son qoyun! Axı bu xalq Sizi sevir! Bir kəlmənizlə Sizin ardınızca ölümə belə getməyə hazırdır bu Xalq! Azəriqaz ın rəhbəri Azər Məmmədov rəsmən xalqın cibinə girir! Mən qəbzlərin şəkillərini də paylaşacam. Acıq aydın hər şey göz önündədir. Belə ki, sonuncu dəfə 2024 cü il noyabrın 24 ü qaza olan borcumu ödəmişəm 61 manat. 2025 ci il Yanvarın 1 də limitlə əlaqəli sayğacın sıfırlanması gözlənilirdi. Amma Xəzər rayon qaz idarəsi fevralən 1 i gəlib sayğaca baxış kecirib və qəbz də təqdim etməyib. Məlum olub ki, fevralın 1 nə qədər mən limiti kecmiş olmuşam ( baxmayaraq yanvarın 1 də sıfırlanmalıydı sayğac) və 360 manat ödəməliyəm. Və fevralın 1 dən dediklərinə görə 2025 in hesabatı aparılacaq. Yəni 1200 kub limit hesablanacaq. Hec nə demədik. Və fevral ayı ücün sərfiyyat 720 kub olduğu halda və mən qanunsuz limiti kecmiş hesab olundum və sərfiyyat 22 qəpikdən hesablandı. Mən Azər Məmmədovdan soruşuram niyə də bu Xalqı sevdikləri, canlarını belə verməyə hazır olduqları dövlətdən iyrəndirirsiz? Düşmənisiz bu dövlətin? Əyər Siz mənim 100 -200 manatıma qalmısızsa gəlin istəyin verim. Mənim kimi 100 lərlə insan var bu özbaşnalıqla üz üzədir. Deyendə də abonenti borclu cıxarırlar və bu durum hec kimin də vecinə deyil. Mən əminəm Cənab Prezident onu sevən xalqa qarşı bu addımları atanların cəzasını verəcək! Araz Məmmədov və onun kimi məmurlar sizin Allahınız yoxdur, bəlli. Amma bu xalqın Allahı var! Ən ağır cəzanı isə o verir! Unutmayın! Bu xalqın ahı yerdə qalmayacaq!"