PSJ-nin prezidenti “Qarabağ“a jest etdi - VİDEO

PSJ-nin prezidenti “Qarabağ“a jest etdi -  VİDEO
25 Apr 2024 22:20

İspaniyanın paytaxtı Madrid şəhərində Avropa Klublar Birliyinin (ECA) növbəti toplantısı keçirilib.

News365.az-ın məlumatına görə, ECA-nın prezidenti Naser Al-Xələfi cari mövsüm öz ölkəsinin çempionatında qızıl medallar qazanmış 4 kluba öz təbrik mesajlarını çatdırıb.

PSJ-nin də başqanı olan qətərli iş adamı «Bayer» (Almaniya), «Ferentsvaroş» (Macarıstan) və «İnter»lə (İtaliya) yanaşı, «Qarabağ»ın adını çəkib.

Ərəb milyarder «köhlən atlılar»a qarşıdakı avrokuboklar mövsümündə uğurlar arzulayıb.

Həmçinin Niderland kubokunu başı üzərinə qaldıran «Feyenord»a xoş diləklərini dilə gətirib.

Naser Al-Xələfinin mötəbər yığıncaqda etdiyi çıxışın görüntüləri əlimizdədir.

 

 


Youtube kanalımız

Oxşar xəbərlər