Paraqvayda polis hakimə hücum edən futbolçulara atəş açıb

Paraqvayda polis hakimə hücum edən futbolçulara atəş açıb
04 May 2024 14:41

Paraqvayın Quarambara şəhərində polis hakimə hücum edən futbolçulara atəş açıb.

Hadisə ədalət təmsilçisinin oyunun final fitini səsləndirməsindən sonra qeydə alınıb.

Komandalardan birinin oyunçuları final fitinin tez səsləndirilməsinə etiraz edərək, hakimin üzərinə şığıyıblar. Referi onlardan qaçmağa çalışıb. Polis isə hakimin müdafiəsinə qalxaraq, hücum edən aqressiv futbolçulara rezin güllələrdən atəş açıb.

Qeyd edək ki, qarşılaşma “25 sentyabr” və “29 sentyabr” komandaları arasında keçirilib.


Youtube kanalımız

Oxşar xəbərlər