Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında memorandum imzalanıb - FOTO

Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında memorandum imzalanıb -  FOTO
05 May 2024 16:16

Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, anlaşma memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Hindistan Gimnastika Federasiyasının prezidenti Mital Sudhir tərəfindən imzalanıb.

Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Qeyd edək ki, daha öncə Azərbaycan Kuba, həmçinin Monteneqro Gimnastika Federasiyaları arasında da anlaşma memorandumu imzalanıb.


Youtube kanalımız
Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında memorandum imzalanıb -  FOTO
Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında memorandum imzalanıb -  FOTO

Oxşar xəbərlər