İvana Jivkoviç Ermənistana gəldi

İvana Jivkoviç Ermənistana gəldi
05 May 2024 15:26

BMT baş katibinin köməkçisi, qurumun Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç mayın 5-də Ermənistana dördgünlük səfərə gəlib.

News365.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi BMT-nin İnkişaf Proqramının Ermənistan hökuməti ilə tərəfdaşlığını müzakirə etməkdir.

Məlumata görə, Jivkoviç səfər çərçivəsində Qeqarkunik, Tavuş, Ararat, Vayots Dzor və Sünik bölgələrinə səfər edəcək.

O, Ermənistan parlamentinin spikeri, Ermənistan baş nazirinin müavini və Ermənistan xarici işlər nazirinin müavini ilə görüşəcək.


Youtube kanalımız

Oxşar xəbərlər