Fərid Qayıbovdan “Bakı Marafon 2024” ilə bağlı AÇIQLAMA

Fərid Qayıbovdan “Bakı Marafon 2024” ilə bağlı  AÇIQLAMA
05 May 2024 14:50

"Bakı Marafon 2024"də beynəlxalq yarış statusu vermək olar.

Bunu gənclər və idman naziri Fərid Qayıbov "Bakı Marafonu 2024" barədə jurnalistlərə açıqlamasında deyib.

O, ildən-ilə yarış iştirakçılarının artmasının sevindirici hal olduğunu söyləyib:

"Finiş xəttinə çatanlar ötənilkindən çoxdur. Bu o deməkdir ki, ölkəmizdə idmana maraq artmaqdadır. Hər il Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Atletik Federasiyası tərəfindən qaçış yarışları təşkil edilir. Bu marafona beynəlxalq yarış statusu vermək olar. Çünki dünyanın bir neçə ölkəsindən idmançılar qatılıb. Mən marafona artıq 3-cü dəfədir qatılıram. Ötən il 20, bu dəfə 9 dəqiqə daha tez finiş xəttinə çatdım".

 


Youtube kanalımız

Oxşar xəbərlər