Erməni revanşist deputat Paşinyan hakimiyyətini HƏDƏLƏDİ

Erməni revanşist deputat Paşinyan hakimiyyətini HƏDƏLƏDİ
05 May 2024 14:45

“2018-ci ildə hakimiyyətə elə bir düşmənçilik, hiylə ilə gəliblər ki, indi ölkədə siyasi dəyişikliklərə nail olmağa çalışan bütün o adamlara, təşəbbüslərə, qüvvələrə qarşı mübarizə aparırlar”.

Bu barədə Ermənistan parlamentinin üzvü, revanşist mövqeyi ilə tanınan Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

“Heç bir xəyanət, cinayət, şər cəzasız qala bilməz və hakimiyyətdə olan, hələ də müqavimət göstərən insanlar dərk etməlidirlər ki, bu cəhənnəm bir gün bitəcək, onların pis əməllərinin ehtiyatı bir gün tükənəcək. Bu sadə həqiqəti nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər yaxşıdır”, - deyə o qeyd edib.

 


Youtube kanalımız

Oxşar xəbərlər