Alban-Udi dini icmasının sədri: İnanıram ki, gələcəkdə Pasxanı Qarabağdakı kilsələrimizdə qeyd edəcəyik

Alban-Udi dini icmasının sədri:  İnanıram ki, gələcəkdə Pasxanı Qarabağdakı kilsələrimizdə qeyd edəcəyik
05 May 2024 12:18

İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarada yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik.

Bunu Qəbələyə ezam olunmuş əməkdaşına Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib.

"Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə, cənab Prezident İlham Əliyevin təbrikinə görə bütün provaslav xristianları adından təşəkkür edirəm. Bununla yanaşı, bizə Qafqaz Müsəlmanlar İdarəsi, həmçinin bir sıra QHT-lər təbriklər ünvanlayıblar ki, bu diqqət bizim üçün çox dəyərlidir", - icma sədri bildirib.

R.Mobili Pasxa bayramını keçirmək üçün gözəl şərait yaradıldığını vurğulayıb: "Pasxa bayramını təbrik üçün bu gün yanımıza bir çox müsəlman qardaşlarımız da gəlib. Bir sözlə Azərbaycanda yaşayan və fəaliyyətdə olan bir çox dini konfessiyaların üzvləri bizi təbrik etmək üçün sərgi açıb, musiqili kompozisiyalar hazırlayıblar. Bizim Pasxanı keçirmək üçün gözəl şəraitimiz var. Bütün bunlar bizə böyük stimul verir".


Youtube kanalımız

Oxşar xəbərlər