Priqojinin kürəkəni Ukraynada itkin düşüb

Priqojinin kürəkəni Ukraynada itkin düşüb
13:25

Məşhur rusiyalı musiqi produseri İosif Priqojinin qızı Dana diqqət çəkən açıqlamalar verib. O, Telegram kanalında paylaşım edərək bildirib ki, əri Yevgeni Tkaçenko Ukraynadakı döyüşlərdə itkin düşüb. 

Məşhur prodüserin kürəkəni 1 il 2 aydır ki, itkin düşübmüş.

“Heç bir xəbər yoxdur, bu mövzunu qızışdırmaq istəmirəm. Hər dəfə daha çox suallar meydana çıxır",- deyə 27 yaşlı Dana yazıb.

Danaya Tkaçenkodan olan oğlu ilə video da yerləşdirib.

“Hər gün “ata evdə”, “ata evə gəlir”, “ana, ata haradadır?” sualları gəlir.  Hər dəfə pəncərəyə yaxınlaşanda, qapını göstərəndə “ata” deyir",- o, uşağının necə darıxdığını təsvir edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada