“Prezidentin əl uzatması Azərbaycanın sülhə nə qədər sadiq olduğunu göstərdi” - Deputatdan AÇIQLAMA

“Prezidentin əl uzatması Azərbaycanın sülhə nə qədər sadiq olduğunu göstərdi” - Deputatdan AÇIQLAMA
10 İyl 2025 18:21

“Prezidentin əl uzatması Azərbaycanın sülhə nə qədər sadiq olduğunu göstərdi”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin son görüşdəki davranışlarını yüksək qiymətləndirib və bunun sülh mesajı kimi dəyərləndirilməli olduğunu bildirib.

Deputatın sözlərinə görə, bu görüş çox vacib və tarixi bir dövrə təsadüf edib:
“Cənab Prezidentin Ermənistanın baş naziri ilə görüşü təkcə protokol xətləri ilə məhdudlaşmadı, həm də böyük diplomatik və insani jestlərə şahidlik etdik. Prezident İlham Əliyev həm Ermənistanın baş nazirinə, həm də onun nümayəndə heyətinə əl uzadaraq bir daha Azərbaycanın sülhə sadiqliyini nümayiş etdirdi.”

Ceyhun Məmmədov əlavə edib ki, bu jest sosial mediada da geniş rezonans doğurub və Azərbaycan Prezidentinin yüksək diplomatik mədəniyyət nümayiş etdirdiyi bir nümunəyə çevrilib:
“Biz qalib tərəfik, amma buna baxmayaraq, Cənab Prezident böyüklük göstərdi. Bu, həm onun insanlıq keyfiyyətlərinin, həm də siyasi uzaqgörənliyinin göstəricisidir.”

Deputat onu da qeyd edib ki, Prezident İlham Əliyevin bu addımından sonra Ermənistanın baş naziri də Azərbaycan nümayəndə heyəti ilə görüşüb və salamlaşıb:
“Bu o deməkdir ki, Azərbaycanın təşəbbüskarlığı qarşı tərəfə də təsir edir. Sülhə doğru atılan addımlar qarşılıqlı münasibətlərin formalaşmasında vacib rol oynayır.”

Sonda Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycanın sülh tərəfdarı olması bir daha təsdiqləndi:
“Prezidentin verdiyi mesajlar açıq və aydındır – biz sülh istəyirik, real addımlar atırıq və Ermənistan da bu prosesi uzatmadan öz töhfəsini verməlidir.


Sizin reklam burada
Sizin reklam burada