“Exxon Mobile” Azərbaycanda qeyri-ənənəvi neft yatağının kəşfinə dəstək verə bilər

“Exxon Mobile” Azərbaycanda qeyri-ənənəvi neft yatağının kəşfinə dəstək verə bilər
18:45

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Exxon Mobil” şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcək. 

News365.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İnanırıq ki, “Exxon Mobile” şirkətinin dəstəyi ilə Azərbaycanda böyük qeyri-ənənəvi neft yatağının kəşfi həyata keçiriləcək”, - deyə nazir əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada