Tanınmış jurnalisti prezident şəxsi nəzarətinə götürdü

Tanınmış jurnalisti prezident  şəxsi nəzarətinə götürdü
19 Mar 2025 17:52

Tanınmış jurnalist Azər Rəşidoğlu səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.


News365.az xəbər verir ki, o sosial şəbəkə hesabında paylaşım edərək, xaricdə müalicə alacağını və bu prosesin dövlətin dəstəyi ilə həyata keçiriləcəyini bildirib.


Azər Rəşidoğlunun sözlərinə görə, bir qrup media nümayəndəsi, Milli Məclisin deputatları, Elmlər Akademiyasının alimləri və QHT rəhbərləri onun müalicəsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Bundan sonra Heydər Əliyev Fondu məsələni nəzarətə götürərək, jurnalistin Türkiyədə müalicə almasını təmin edib.


“Mən ilk əməliyyatımı Onkologiya Mərkəzində keçirdim. Lakin xəstəliyim şiddətləndiyi üçün həm ölkədə, həm də xaricdəki həkimlərlə məsləhətləşdim. Hər kəs mənə xaricdə əməliyyat olunmağı tövsiyə etdi. Dostlarımız Cənab Prezidentə, Birinci Vitse-prezidentə və Heydər Əliyev Fonduna müraciət etdilər. Gözləyirdim ki, müsbət cavab veriləcək, amma bu qədər tez olacağını düşünmürdüm. Bu gün Fondun nümayəndələri mənimlə dəfələrlə əlaqə saxladılar və ən qısa zamanda Türkiyəyə aparılacağımı bildirdilər. Hətta sənədlə bağlı yaranan kiçik problem də dərhal həll edildi. Fondun təmsilçisi mən sağalana qədər dövlətin məni yalnız buraxmayacağını və məsələnin birbaşa Prezident İlham Əliyevin şəxsi nəzarətində olduğunu bildirdi” – deyə Azər Rəşidoğlu qeyd edib.


O, göstərilən dəstəyə görə Azərbaycan Prezidentinə, Birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və ona dəstək verən hər kəsə təşəkkür edib. “İnanıram ki, tezliklə tam sağalacağımı sizə xəbər verəcəyəm. Allah Azərbaycanımızı qorusun!” – deyə jurnalist paylaşımında vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada