Polşa Fransanın “nüvə çətirindən” istifadə edərək ehtimal edilən Rusiya təhlükəsindən qorunmağa çalışmalıdır. Bununla yanaşı, rəsmi Varşava Amerikanın nüvə silahlarına çıxış üçün çağırışlarını da davam etdirəcək. Bunu Polşa prezidenti Anjey Duda "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"Düşünürəm ki, biz hər iki ölkə ilə bağlı qərar qəbul edə bilərik",- o deyib.
Dudanın sözlərinə görə, bu məsələdə heç bir ziddiyyət yoxdur.
Agentlik onu da xatırladıb ki, baş nazir Donald Tusk mart ayında parlamentdə Polşanın nüvə silahına çıxış əldə etməyə çalışa biləcəyini söyləyib. O, Fransa prezidenti Emmanuel Makronun Parisin nüvə potensialından avropalı müttəfiqlərini müdafiə etmək üçün istifadə etmək təklifi ilə bağlı “ciddi danışıqlar” apardığını da söyləyib.
Tural