Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində "Qalatasaray" futbol klubunun keçmiş hücumçusu Ümit Karan saxlanılıb.
News365.az xəbər verir ki, bu barədə "En Son Haber" saytı məlumat yayıb. .
Bildirilir ki, İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin apardığı əməliyyat zamanı keçmiş futbolçu Sabiha Gökçen Hava Limanında saxlanılıb.
Qeyd edək ki, Ümit Karan hazırda televiziya kanallarında futbol şərhçisi kimi fəaliyyət göstərir.