Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır

Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır
20:23

"Real"ın fransalı ulduzu İspaniya çempionatında əlamətdar göstəriciyə nail olub.

News365.az xəbər verir ki, "kral klubu"nun hücumçusu Kilian Mbappe La Liqanın növbəti turunda "Levante" ilə görüşdə fərqlənərək çempionatdakı qol sayını 50-yə çatdırıb.

İkinci hissədə penaltini dəqiq yerinə yetirən forvard bu rəqəmə cəmi 53 matçda çatıb. "Opta"nın məlumatına görə, 21-ci əsrdə La Liqada 50 qol həddini Mbappedən daha tez keçən yeganə futbolçu Kriştiano Ronaldo olub. Portuqaliyalı futbolçu bu göstəriciyə 51 matçda nail olmuşdu.

Qeyd edək ki, "Real - "Levante" qarşılaşması Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.



Sizin reklam burada
Sizin reklam burada