Polisin əməliyyatı nəticə verdi – Külli miqdarda narkotik aşkarlandı

Polisin əməliyyatı nəticə verdi – Külli miqdarda narkotik aşkarlandı
31 May 2025 11:50

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.   

DİN-in Mətbuat xidmətindən News365.az-a verilən xəbərə görə, Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş.Şirinov və 21 yaşlı A.Bədirli saxlanılıblar.

Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.  Faktlarla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada