Azərbaycanın Belarusdakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirilib.
News365.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Tədbirdə çıxış edən səfir Məhərrəm Əliyev Xocalı soyqırımı zamanı törədilmiş cinayət əməlləri, Vətən müharibəsində əldə edilmiş böyük Zəfər, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük tikinti-quruculuq və bərpa işləri barədə ətraflı danışıb.
Çıxışçılar həmçinin soyqırımının tarixi-siyasi və beynəlxalq hüquqi mahiyyəti barədə məlumat veriblər.
Daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




