İrandan Azərbaycana 192 nəfər təxliyə olunub

İrandan Azərbaycana 192 nəfər təxliyə olunub
01 Mar 2026 22:24

28.02.2026-cı il saat 08:00-dan 01.02.2026-cı il saat 22:00-dək İrandan Azərbaycana 192 nəfər təxliyə olunub.

News365.az xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır.

Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikistan, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər, 3 nəfər Banqladeş, 2 nəfər Filippin, 2 nəfər Nepal vətəndaşı təxliyə edilib.

Bundan başqa Türkiyə, Rusiya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təhlükəsiz əraziyə çıxarılıb.


Sizin reklam burada
Sizin reklam burada