Ermənistanın baş naziri Nikol Paşinyanın səfəri zamanı baş verən bəzi hadisələr diqqət çəkib
Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, Ermənistanda baş verən siyasi proseslərin dinamikasını əsasən Azərbaycan tərəfindən atılan addımlar və verilmiş qərarlar formalaşdırır.
Onun sözlərinə görə, nə Rusiya, nə də Qərb dövlətləri Ermənistan proseslərinə Azərbaycan faktorunu nəzərə almadan təsir edə bilmir.

“Təəssüf ki, Nikol Paşinyana qarşı bəzi addımlar – məsələn, Azərbaycan mənşəli meyxananın səfər zamanı səsləndirilməsi – əslində Ermənistanın beşinci kolon təmsilçilərinin uzantılarıdır. Bunun məqsədi Paşinyanın səfərinə kölgə salmaq və onu aşağılamaqdır”, – deyə Taleh Əliyev bildirib.
Politoloq əlavə edib ki, həmin meyxananın əsas qafiyyəsində istifadə edilən “Paşinyan” sözü əvvəlki 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə aid ifadələrdən götürülüb və bu da məsələnin simvolik məqamıdır.
Taleh Əliyev Paşinyanın davranışlarını həm də seçki öncəsi erməni gənclərinin rəğbətini qazanmaq cəhdi kimi qiymətləndirib:
“O çalışır ki, daha kreativ ideyaları ilə fərqli tərəfdən təqdim olunsun və erməni gəncliyinin rəğbətini qazansın. Bu isə onun mədəniyyət və dünya görüşünün məhdud imkanlarından irəli gəlir”.