"Paşinyanın hakimiyyətinin laxlaması riski hər zaman mövcuddur"- Tural Gəncəliyev

"Paşinyanın hakimiyyətinin laxlaması riski hər zaman mövcuddur"- Tural Gəncəliyev
11 Mar 2025 09:55

"Paşinyanın hakimiyyətinin laxlaması riski mövcuddur. Ermənistanın daxili vəziyyəti, iqtidarla müxalifət arasındakı gərginlik və ümumilikdə ölkədəki siyasi durum bu riski daha da artırır. Paşinyan, təbii ki, öz hakimiyyətini qorumağa çalışır və çıxışlarında əsas günahı keçmiş hakimiyyətdə görməyə hesablanmış bəyanatlar verir. O, Ermənistan-Azərbaycan münasibətlərində, eləcə də ölkənin indiki böhranlı vəziyyətində əsas məsuliyyəti keçmiş hakimiyyətin – xüsusilə Sarkisyan-Köçəryan cütlüyünün üzərinə qoymağa çalışır."

Milli Məclisin deputatı Tural Gəncəliyev bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Lakin burada əsas məsələ ondan ibarətdir ki, hazırda məhkəməyə cəlb edilən və dindirilən şəxslər çox ciddi məqamları üzə çıxarır. Məsələn, Arayik Harutyunyan və onunla əlaqəli digər şəxslər açıq şəkildə bildirirlər ki, Azərbaycan şəhərlərinə və bölgələrinə qarşı müharibəni onlar deyil, Ermənistan hökuməti dəstəkləyib və idarə edib. Arayik Harutyunyan dəfələrlə qeyd edib ki, Azərbaycanla sülh bağlamaq və rəsmi Bakıya müraciət etmək istəyib, lakin Ermənistan rəhbərliyi buna icazə verməyib.

Bütün bu açıqlamalar Paşinyan üçün vəziyyəti daha da çətinləşdirir. Bir tərəfdən o, keçmiş hakimiyyəti günahlandırır, digər tərəfdən isə yeni faktlar Ermənistan dövlətinin bu müharibədəki rolunu açıq şəkildə ortaya qoyur. Bu isə həm daxildə, həm də beynəlxalq arenada onun siyasi mövqelərini sarsıda bilər."


Sizin reklam burada
Sizin reklam burada