Corciya Universitetinin alimləri diqət çəkən araşdırma aparıblar. Elm adamları müəyyən ediblər ki, əsas yolların yaxınlığında yaşamaq səs-küy və havanın çirklənməsi səbəbindən demensiyanın inkişaf riskini 10% artırır. Araşdırmanın nəticələri Aging Research Reviews (ARR) jurnalında dərc olunub.
Ətraf mühitin çirklənməsi çoxsaylı sağlamlıq problemlərinə səbəb olur və həmçinin vaxtından əvvəl ölüm riskini artırır. Bu amilin idrak qabiliyyətlərinə və beyin sağlamlığına necə təsir etdiyini öyrənmək üçün alimlər mövzu ilə bağlı əvvəllər dərc olunmuş 21 elmi məqalənin nəticələrini təhlil ediblər.
Nəticələr göstərib ki, əsas yolların yaxınlığında yaşamaq demensiyanın inkişaf riskinin 10% artması ilə əlaqələndirilir. Alimlər bildirirlər ki, xəstəliyin inkişaf riski havadakı təhlükəli toz və yüksək miqdarda azot oksidi ilə təmasda olduqda artır. Bu çirkləndiricilər atmosferə avtomobillərin qazı, kömür, neft, dizel yanacağı, təbii qaz və tütün məmulatlarının yanması ilə daxil olur. Qaz sobaları və kerosin qızdırıcıları da azot oksidi buraxır.
Tural