Kursk vilayətinin Sudja şəhərinin mərkəzi rus ordusunun nəzarətinə keçib. Bununla bağlı müvafiq videonu Rusiya mediası yayıb.
Sudjanın mərkəzindən çəkilmiş kadrlarda desantçıların şəhər administrasiyasının qarşısındakı meydana Rusiya bayrağını dalğalandırması əks olunub.
Bir müddət öncə isə TASS agentliyi öz mənbəsinə istinadən yazmışdı ki, martın 12-nə olan məlumata görə, Kursk vilayətinin Sudja şəhərində Ukrayna Silahlı Qüvvələrinin bir neçə min əsgəri qalıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural