Rəna Nəsirovaya yeni vəzifə verildi

Rəna Nəsirovaya yeni vəzifə verildi
11 Mar 2025 21:59

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində tədbirlərin təşkili, beynəlxalq münasibətlər və protokol, İctimaiyyətlə əlaqələr və kommunikasiya, turizmin inkişafı, layihələrin idarəolunması kimi sahələrin kurasiyası üzrə Aparat rəhbərinin müavini vəzifəsinə yeni təyinat olub.


News365.az xəbər verir ki, bu vəzifəyə Rəna Nəsirova təyin edilib.


Bu vəzifəsinə qədər o, "SOCAR RUS" şirkətində Administrasiya rəhbəri vəzifəsini daşıyıb.


Bundan başqa, Rəna Nəsirova 2013-2020-ci illərdə AzTV-də (Azərbaycan Televiziya və Radio Verilişləri QSC) İngilis dili xəbərlərinin aparıcısı, müxbir qrupunun rəhbəri, 2020-2023-cü illərdə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində İctimaiyyətlə əlaqələr üzrə koordinator, 2023-cü ildən isə SOCAR-da müxtəlif vəzifələrdə çalışıb.


Sizin reklam burada
Sizin reklam burada