Prokurorluq Saakaşvilinin hökmündən apellyasiya şikayəti verməyəcək

Prokurorluq Saakaşvilinin hökmündən apellyasiya şikayəti verməyəcək
12:50

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilinin 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə təqsirli bilinərək 9 illik cəza almasından apellyasiya şikayəti verməyi planlaşdırmır. Rusiya mediasının yaydığı məlumata görə, bu barədə Baş Prokurorluq məlumat yayıb.


Baş Prokurorluq bildirib ki, Saakaşvilinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyaya qarşı kəsilmiş 300 min lari  məbləğində cəriməyə etiraz etmək üçün apellyasiya məhkəməsinə müraciət etmək niyyətindədir.

Prokurorluq iddia edir ki, Saakaşvili büdcə vəsaitlərini kosmetik prosedurlara, hədiyyələr, təyyarə biletləri almağa və ona yaxın adamların məzuniyyətlərinin təşkilinə, şəxsi məzuniyyətlərinə, övladlarının xaricdə təhsilinin maliyyələşdirilməsinə və s. məsələlərə sərf edib.

Xatırladaq ki, bu gün Gürcüstan məhkəməsi sabiq prezident Mixeil Saakaşvilini 3,2 milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham edərək ona 9 il həbs cəzası kəsib.

Tbilisi şəhər məhkəməsinin hakimi Badri Koçlamazaşvilinin açıqladığı qərara əsasən, Mixeil Saakaşvilinin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teymuraz Canaşiya da təqsirli bilinib. 


Tural 


Sizin reklam burada
Sizin reklam burada