"Müharibə getdikcə hər gün bir az daha geri dönüşü olmayan xarakter alır. Bax, Paşinyan bu açıqlamaları verərkən, onun Xarici İşlər Naziri bu gün Hindistanda yeni silahların alınması məsələsini müzakirə edirdi.
İkincisi, Avropa İttifaqı yenə Paşinyana sülh üçün – dırnaq arası “sülh” üçün – pul ayırır."
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu sözləri News365.az-a açıqlamasında deyib.
"Üçüncüsü, biz görürük ki, artıq Ermənistan Azərbaycanın sərhədi boyunca müdafiə qrupları, güc strukturları, strateji məntəqələr və müqavimət məntəqələri qurur. Və Azərbaycan ordusunun mövqeyi, yerləşməsi, strateji əhəmiyyəti, hətta bəzi hallarda hansı silahlarla silahlanması məsələsi də Avropa kəşfiyyatı və ABŞ-ın müvafiq qurumları tərəfindən araşdırılır.
Ona görə də, hazırkı vəziyyətdə biz regionda yeni müharibəyə sülhdən daha yaxın olduğumuzu görürük – əgər proseslərdə ciddi dəyişiklik baş verməsə, əgər Rusiya radikalları daha da radikallaşdırmaqdan əl çəkməsə və Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan istədiyini əldə edə bilsə, o zaman, sizin dediyiniz kimi, burada artıq Rusiyanın konsulluğu açıla bilər, bura türk-mərkəzli dəhlizə çevrilə bilər və ümumi razılaşma əldə oluna bilər.
Deməli, o müqavilənin maddəsi – yəni 9-cu bənd – tamamilə həyata keçə bilər."