Biznesmen və “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi planı hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
"Biz tezliklə praktiki mərhələyə qədəm qoyacağıq. Proseslər Ermənistan qanunvericiliyinə uyğun olaraq baş verəcək", - Ermənistan Nazirlər Kabinetinin rəhbəri yazıb.
Paşinyan şirkətin milliləşdirilməsi planlarını Karapetyanın həbsi fonunda açıqlayıb. İş adamı iyunun 18-nə keçən gecə İrəvanda saxlanılıb. Bundan əvvəl o, Ermənistan hakimiyyətinin "hücum" etdiyi Erməni Apostol Kilsəsini dəstəkləmişdi. Samvel Kreml yaxınlığı ilə də seçilir.
Tural