Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı çəkilən görüntülər sosial mediada geniş müzakirələrə səbəb oldu. Ermənistan rəhbəri tribunada çıxışı zamanı müxalifətin suallarından əsəbləşərək sanki isterikaya düşmüşdü. Onun qəribə davranışları xarici KİV-də də müzakirə olundu. Bu gün isə Ermənistan mediası Paşinyanın parlamentdən yeni görüntülərini yayıb. Baş nazir zalda oturandan sonra da qəribə davranışları ilə diqqət çəkib.
"Mamul" nəşri yazır ki, internetdə Nikol Paşinyanın Milli Assambleyanın zalında oturarkən yersiz hərəkətlər etməsini əks etdirən video yayılır ki, bu da tənqidlərlə qarşılanır.
"Ona əzab verən nədir? Vicdan, yoxsa qorxu?" -nəşr oxuculara sual ünvanlayıb.
Tural