Paşinyan rəqiblərin həbsinə dair əmr verib - Ermənistan qəzeti

Paşinyan rəqiblərin həbsinə dair əmr verib - Ermənistan qəzeti
11 Yan 2025 12:07

Yaxın gələcəkdə ölkəmizdə həbslərlə müşahidə olunacaq yeni “maska-şouların” şahidi olacağıq. Bu barədə Ermənistanın “Joğovurd” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Nikol Paşinyan sərt şəkildə tapşırıq verib ki, onu tənqid etməyə çalışan və ümumilikdə iqtidar haqqında arzuolunmaz sözlər söyləyin bütün rəqibləri həbs edilsin.

"Demək olar ki, bu, Paşinyanın seçkiqabağı opponentlərindən yaxa qurtarmaq üçün seçkiöncəsi hiyləsidir. Başqa sözlə, Paşinyan seçkiqabağı siyasi meydanı elə təmizləyir ki, ortada yalnız ona sadiq olanlar və dırnaqarası müxalifət qalsın. Hansılar ki, onlar istənilən halda Rusiya Federasiyası İrəvandakı hakim partiyanın sövdələşmələrinə hazır olacaqlar",- məqalədə yazılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada