Paşinyan Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib

Paşinyan Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib
19 İyl 2025 18:45

Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

News365.az xəbər verir ki, Paşinyan ötən ay İsraillə müharibə nəticəsində ölənlərlə bağlı İran Prezidentinə başsağlığı verib.

İkitərəfli, regional və beynəlxalq gündəmdəki məsələlər müzakirə olunub.

Baş nazir Paşinyan Prezident Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib.


Sizin reklam burada
Sizin reklam burada