Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan Noel Barronun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
News365.az xəbər verir ki, bu barədə erməni mətbuatında məlumat yayılıb.
Paşinyan Fransa xarici işlər nazirinin Ermənistana səfərini alqışlayıb və iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.
Barro Fransa tərəfindən Ermənistanın inkişafına və potensialının gücləndirilməsinə sarsılmaz dəstək göstərildiyini vurğulayıb. Fransa xarici işlər naziri ölkəsinin Ermənistanla siyasi və iqtisadi sahələr daxil olmaqla, münasibətləri daha da dərinləşdirməyə hazır olduğunu qeyd edib. O, həmçinin Ermənistanın gələn il Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcəyi münasibətilə baş naziri təbrik edib.
Ermənistan ilə Azərbaycan arasında sülh sazişi ətrafında baş verən son hadisələr daxil olmaqla, regional proseslərlə bağlı fikir mübadiləsi aparılıb.