Pakistanın Baş naziri Qəzza Sülh Şurasına qoşulmağa dəvət olunub

Pakistanın Baş naziri Qəzza Sülh Şurasına qoşulmağa dəvət olunub
18:00

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampdan Qəzza sektorunu idarə edəcək Sülh Şurasına daxil olmaq təklifi alıb.

Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Pakistan BMT-nin qətnamələrinə uyğun olaraq Fələstin probleminin uzunmüddətli həllinə aparan Qəzzada sülh və təhlükəsizliyin təmin olunması üzrə beynəlxalq səylərdə iştirakını davam etdirəcək", - nazirliyin bəyanatında qeyd olunur.


Sizin reklam burada
Sizin reklam burada