Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağını idarə edəcək Sülh Şurasına qoşulmaq üçün dəvət alıb.
News365.az xəbər verir ki, İslam Respublikasının Xarici İşlər Nazirliyi bu barədə məlumat verib.
"Pakistan Qəzzada sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq səylərdə iştirak etməyə davam edəcək və bu da Fələstin məsələsinin BMT qətnamələrinə uyğun olaraq uzunmüddətli həllinə gətirib çıxaracaq", - nazirliyin açıqlamasında deyilir.
Xatırladaq ki, Ağ Evin mətbuat xidməti Trampın sədrlik etdiyi Sülh Şurasına onun xüsusi elçisi Stiven Uitkoff, sahibkar və ABŞ liderinin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyer, "Apollo Global Management" şirkətinin sahibi Mark Rouen, Dünya Bankının baş direktoru Acay Banqa və Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabrielin daxil olacağını açıqlayıb.