Pakistanın şərqindəki Pəncab əyalətində avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
News365.az xəbər verir ki, bu barədə "The Express Tribune" nəşri polisə istinadən məlumat yayıb.
Bildirlib ki, avtobusda tələbələr olub.
"Mikroavtobus traktoru ötməyə çalışarkən qarşı zolağa çıxıb və avtobusla toqquşub. Hadisə nəticəsində 9 nəfər ölüb, daha 5 nəfər isə sonradan xəstəxanada həyatını itirib. 29 yaralıdan üçünün vəziyyəti kritikdir", - məlumatla qeyd edilib.