Pakistan təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən qaçırılan qatardan ən azı 155 sərnişini azad edib və 30-a yaxın ekstremisti öldürüb.
News365.az xəbər verir ki bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Təhlükəsizlik qüvvələri yaraqlıların hücumu zamanı girov götürülmüş və sayları 450-yə çata biləcək sərnişinlərin azad edilməsi əməliyyatını davam etdirir. Hücumda iştirak edən ekstremistlərin dəqiq sayı məlum deyil. Azad edilmiş 17 girovun xəstəxanaya yerləşdirildiyi də bildirilib.
Telekanalın məlumatına görə, hücum edənlər qatarı Əfqanıstan və İranla sərhədlərə yaxın ucqar bölgəyə aparıblar.
Xatırladaq ki, dünən Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasının yaraqlıları Pakistanda Kvettadan Pişəvərə gedən qatarda 450 sərnişini girov götürüblər. Ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında atışma baş verib.