Pakistana qarşı hərbi hücumları pisləyirik - Azərbaycan XİN

Pakistana qarşı hərbi hücumları pisləyirik - Azərbaycan XİN
07 May 2025 10:54

Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir. 

Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik.

Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq.



Sizin reklam burada
Sizin reklam burada