Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən News365.az-a verilən məlumata görə, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.