Bir vaxtların reytinqli serialı “Yabancı damat”la bağlı maraqlı fakt ortaya çıxıb.
News365.az "onedio.com"a istinadla xəbər verir ki, vaxtilə Azərbaycan da sevilərək izlənilən bu serialın baş rolunda əslində, başqa aktyor çəkilibmiş.
Bu barədə layihədə rol alan məşhur aktyor İlker Aksum qonaq olduğu verilişlərdən birində danışıb.
O deyib ki, serialda əvvəlcə Niko rolunu “Kargo” musiqi qrupunun solisti Koray Can Demir ifa edib. Hətta onun iştirakı ilə serialın ilk 2 seriyası da çəkilib.
Sonradan çəkiliş üçün serial heyəti Yunanıstana yollansa da, onları yolda saxlayıblar. Buna səbəb isə Koray Can Demirin dezertir olması olub.
Sənətçi bu barədə heç kimə məlumt verməyib. Məşhur solist məcburi şəkildə hərbi xidmətə aparıldığı üçün baş rola Özgür Çevik gətirilib.
“Adam rolunu o qədər yaxşı ifa etdi ki, əfsanə oldu. Nazlı və Nikoya heykəl qoydular. Serial ilk dəfə Avropada yayımlanan Türk serialı idi”, - deyə İ.Aksum əlavə edib.
Qeyd edək ki, “Yabancı Damat” serialı 2004-2007-ci illərdə yayımlanıb. Serial Türkiyə və Yunanıstandan olan iki gəncin sevgi macərasından bəhs edir.
Aktyor İlker Aksum serialda Ruşen obrazını canlandırıb.