Ombudsman Milli Məclisdə hesabat verir

Ombudsman Milli Məclisdə hesabat verir
07 Mar 2025 12:05

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. 

News365.az xəbər verir ki, iclasda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi müzakirə olunur. 

Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edir. 

Ombudsman bildirib ki, insanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə Ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlarına müraciətlər edilmiş, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülmüş, təklif və tövsiyələr verilib. 

 “Əvvəlki illərdə olduğu kimi, sahibkarlıq subyektlərində işçilərin əmək hüquqlarının pozulması faktları üzrə araşdırmaların aparılmasında ciddi çətinliklər yaranmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas gətirilməklə bu qəbildən olan şikayətlərin araşdırılması demək olar ki, mümkün olmayıb. 

Odur ki, həmin Qanuna əsasən, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına sahibkarlıq subyektləri tərəfindən insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının pozulması hallarında şikayətlərin araşdırılmasını birbaşa nəzərdə tutan dəyişikliklərin mümkün qısa zamanda edilməsi zəruridir.  İşəgötürənlər tərəfindən işaxtaran şəxslərin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi probleminə də diqqət artırılmalıdır”, - Ombudsman qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada