"Qadının evi olmur" - Vüsalə Əlizadə

"Qadının evi olmur" - Vüsalə Əlizadə
08 Mar 2025 17:16

"Qadının evi olmur deyirlər: ata, ər, övlad evi olur. Çünki Allah bizi dünyanı sizin üçün ev etməyə göndərdi".

News365.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabında yazıb. Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münüasibəti ilə təbrik edən aparıcı sözlərinə belə davam edib:

"Dünya bizim evimiz, əziz qadınlar. Bayramımız mübarək. Çox istərdim ki, bu sözlərim bu gün bayram şüarımız olsun! Sizi dünyaya gətirən, siz dünyaya gətirdiyiniz, sevdiyiniz, dəyər verdiyiniz bütün qadınlara, qızlara göndərin bu mesajı, gücünə güc, sevgisinə sevgi qatın".


Sizin reklam burada
Sizin reklam burada