Biznesmenlerin Azərbaycana səfəri təxirə salındı

Biznesmenlerin Azərbaycana səfəri təxirə salındı
08 Mar 2025 15:11

Sloveniyadan olan biznes nümayəndə heyətinin Azərbaycana martın 10-13-nə planlaşdırılan səfəri aprel ayına təxirə salınıb.

News365.az xəbər verir ki, bu barədə Trend-ə Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyindən bildirilib.

"İqtisadiyyat naziri Matjaz Han digər öhdəliklərə görə Bakıya gələ bilməyəcək. Biznes nümayəndələri Sloveniyanın xarici və Avropa işləri naziri Tanya Fajonun aprel ayına planlaşdırılan səfərinə qatılacaq", - nazirlikdən bildirilib.


Sizin reklam burada
Sizin reklam burada