“O çadranı hər yerə özümlə aparıram” - FOTO

“O çadranı hər yerə özümlə aparıram” - FOTO
08 Mar 2025 17:37

"Anamı itirəndə ən çətini onun yaşadığı evi boşaltmaq idi. O astanadan keçmək, əşyalarına toxunmaq, nəfəs aldığı otaqlara yenidən baxmaq... Mənim üçün çox çətin idi. Ayaqlarım o evə çata bilmədi, ürəyim dözmədi. Qapıdan belə keçə bilmədim".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu sözləri türkiyəli müğənni Mahsun Kırmızıgül sosial şəbəkə hesabında 8 mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşımında bildirib.

"Anam həyatı boyu paylaşmağı məsləhət görən qadın idi. Vəsiyyətinə uyğun olaraq əşyaları ehtiyacı olanlara paylanıb. Xahiş etdim ki, illərdir başına bağladığı çadranı və darağı gətirsinlər.

O çadranı hər yerə özümlə aparıram, çünki üstündə hələ də anamın ətri var. Nə vaxt qoxusunu duysam, elə bil yanımda hiss edirəm. Mənə elə gəlir ki, əlləri saçlarımdadır. O an anlayıram ki, anam üçün nə qədər darıxıram.

Darağı isə qızıma saxlayıram. Bir gün böyüyəndə ona verəcəm. İstəyirəm ki, o, anamı nə qədər çox sevdiyimi bilsin və bu xatirə onunla yaşasın. Çünki bilirəm ki, sevdiklərimiz gedə bilər, amma xatirələri həmişə bizimlə qalır.

Bu gün 8 Martdır... Anam 4 övladını kafel sexlərində daş daşıyaraq böyüdən güclü qadın idi. Eyni həyat yükünü çiyinlərində daşıyan, zəhməti ilə var olan, sevgisi ilə işıq saçan qadınlar kimi... Onların fədakarlıqları, sevgiləri, qoyduqları izlər hər zaman bizə yol göstərməyə davam edəcək.

Yolumuzu işıqlandıran və bizi biz edən bütün qadınlara salamlar! Bu dünyanı gözəlləşdirən bütün qadınların günü mübarək!", - deyə müğənni bildirib.


Sizin reklam burada
Sizin reklam burada