İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçirilən fövqəladə nazirlər toplantısı çərçivəsində türkiyəli həmkarı ilə görüşən İranın xarici işlər naziri Abbas Arakçı xəbərdarlıq edib ki, Suriyada təhlükəsizlik və qeyri-sabitlik yalnız İsrail rejiminin maraqlarına xidmət edəcək və terrorçulara və ekstremist qruplara azad fəaliyyət üşün fürsət verəcək.
News365.az xəbər verir ki. bu barədə “Tasnim” məlumat yayıb.
Arakçı Suriyada baş verən son hadisələrə işarə edərək, Suriyanın yeni hakimiyyətinin cəmiyyətin bütün qrup və təbəqələrinin təhlükəsizliyini və həyatını qorumaq üçün məsuliyyət daşıdığını vurğulayıb.
O bildirib ki, İran və Türkiyə arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir və iki qonşu müsəlman ölkəsinin qarşılıqlı maraqlarına əsaslanır. Arakçı ikitərəfli münasibətlərin qorunmasının vacibliyinə toxunub.
Hakan Fidan da İran və Türkiyə arasında ikitərəfli əlaqələri vacib sayıb.
Qeyd edək ki, Latakiyada 6 martda keçmiş prezident Bəşər Əsədin tərəfdarları silahlı üsyana qalxıb və təhlükəsizlik qüvvələrinə hücum edərək, qətllər törədib. Bunun ardınca Suriya ordusu bölgəyə yeridilib, bir neçə kənd və Cəblə şəhəri nəzarətə götürülüb.
Son məlumata görə, hazırda döyüşlər Əsəd tərəfdarlarının doğma şəhəri sayılan Qardahada gedi