Betsi Arakavanın ölüm səbəbi açıqlanıb

Betsi Arakavanın ölüm səbəbi açıqlanıb
08 Mar 2025 22:15

Amerikalı aktyor, ikiqat Oskar mükafatı laureatı, 95 yaşlı Cin Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Arakavanın ölüm səbəbi açıqlanıb.


News365.az xəbər verir ki, bu barədə AP nəşri ekspertizanın nəticəsini yayıb.


Məlumata görə, ekspertiza Arakavanın hantavirusdan öldüyünü altsheymer xəstəsi olan ərinin isə bir həftə sonra ürək tutmasından öldüyünü müəyyənləşdirib.


Ehtimal olunur ki, aktyorun xəstəliyi ona arvadının öldüyünü anlamağa imkan verməyib. Onlar ayrı-ayrı otaqlarda ölüblər.


Sizin reklam burada
Sizin reklam burada