Silahlı toqquşmalarda iki erməni öldü

Silahlı toqquşmalarda iki erməni öldü
08 Mar 2025 21:45

Suriyanın Latakiya vilayətində baş verən silahlı toqquşmalarda iki erməni ölüb.


News365.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.


Bildirilib ki, Latakiya şəhərinin girişində ata-oğul ermənilər öldürülüb.


Qeyd edək ki, Latakiyada 6 martda keçmiş prezident Bəşər Əsədin tərəfdarları silahlı üsyana qalxıb və təhlükəsizlik qüvvələrinə hücum edərək, qətllər törədib. Bunun ardınca Suriya ordusu bölgəyə yeridilib, bir neçə kənd və Cəblə şəhəri nəzarətə götürülüb.


Son məlumata görə, hazırda döyüşlər Əsəd tərəfdarlarının doğma şəhəri sayılan Qardahada gedir.


Sizin reklam burada
Sizin reklam burada