8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri I və II Qarabağ müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın ailələrini ziyarət ediblər.
News365.az xəbər verir ki, görüş zamanı şəhid analarına və xanımlarına bayram təbrikləri çatdırılıb, onların fədakarlığına və şəhidlərimizin əziz xatirəsinə dərin hörmət ifadə edilib. Bildirilib ki, şəhidlərimiz xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillər üçün örnək olacaq.
Eyni zamanda, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının Şəmkir rayonunda da uğurla davam etdirildiyi vurğulanıb. Şəhid anaları və xanımları onlara göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.