Ölkəyə idxal olunan avtomobillərin sayı azaldı - VİDEO

Ölkəyə idxal olunan avtomobillərin sayı azaldı - VİDEO
18:57

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan avtomobillərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma qeydə alınıb. 

Rəsmi statistikaya əsasən, bu ilin ilk dörd ayı ərzində ölkəyə cəmi 21.120 ədəd avtomobil gətirilib.

Xüsusilə minik avtomobillərinin idxalındakı azalma diqqət çəkir. Belə ki, 2025-ci ilin ilk 4 ayında ölkəyə 30.824 minik avtomobili idxal edildiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 18.287-yə düşüb. Bu isə minik avtomobillərinin idxalında 12.537 ədəd, yəni 40,7% kəskin azalma deməkdir.

Daha ətraflı “Baku TV”nin materialında:



Sizin reklam burada
Sizin reklam burada