Mikayıl Müşfiqin Xatirə Muzeyi yenidən yararsız hala düşüb

Mikayıl Müşfiqin Xatirə Muzeyi yenidən yararsız hala düşüb
17:20

Bir neçə gün əvvəl yağan yağışlardan sonra Mikayıl Müşfiqin Xızıda yerləşən xatirə muzeyi yararsız hala düşüb.

News365.az xəbər verir ki, bunu şairin əmisi nəvəsi Reyhan İsmayılzadə bildirib.

    O qeyd edib ki, xatirə muzeyi bir otaqdan ibarətdir eksponatları yığmaq üçün yer yoxdur.

    O məsələ ilə bağlı mədəniyyət nazirinin qəbulunda olduğunu qeyd edib. Ona muzeydə təmir-bərpa işlərinin aparılacağı bildirilib.

    Reyhan İsmayılzadənin sözlərinə görə, bir neçə gün əvvəl sel yenidən həyətdəki körpünü aparıb.

    O, şairin qohumu olaraq işçi kimi orda işləməyi təklif edib.

    Sözügedən məsələ ilə bağlı Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən APA-ya bildirilib ki, 2023-cü ildə körpü bir dəfə də dağılmışdı: “Biz onu bərpa etdik. Bu dəfə körpünü və həyətdəki oturacaqları da dağıdıb. Binada və abidədə heç bir təhlükə yoxdur, sadəcə körpü dağılıb. Biz nə çatmırsa, yazıb Mədəniyyət Nazirliyinə vermişik, onlar da gəlib hələ körpü dağılmamışdan əvvəl ölçü götürüblər. Onların qərarlarını gözləyirik”.

    Qeyd edək ki, Mikayıl Müşfiqin Xatirə Muzeyi 1988-ci ildə Müşfiqin 80 illik yubileyindən sonra Xızının Sayadlar kəndində yaradılıb.



    Sizin reklam burada
    Sizin reklam burada