Qaxda silahlı insident: Bir nəfər yaralanıb

Qaxda silahlı insident: Bir nəfər yaralanıb
11:36

Qax rayon sakini silahdan açılmış atəşdən xəsarət alıb.

News365.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlunata görə, 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

    Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada